RU

Britaniya Rusiya pilotsuz təyyarələrinə qarşı güc tətbiq edə bilər

NATO hava məkanı Rusiya pilotsuz təyyarələri tərəfindən pozularsa, Böyük Britaniya güc tətbiq edə bilər...

Poliqon xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

"Rusiya başa düşməlidir ki, davam edən təcavüz yalnız NATO müttəfiqlərinin birliyini və bizim Ukraynaya dəstək vermək əzmimizi gücləndirir və bundan sonra hər hansı müdaxilə yenidən güclə qarşılanacaq", deyə nazirliyin bəyanatında qeyd edilir.

Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin Polşa və Rumıniyada baş verən pilotsuz təyyarə insidentlərindən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Sentyabrın 10-da səhər saatlarında Polşanın baş naziri Donald Tusk X sosial şəbəkəsində ölkəyə uçan dronların guya Rusiyaya məxsus olduğunu rəsmən elan edib.

NATO-nun baş katibi Mark Rutte də pilotsuz təyyarələrin Rusiya mənşəli olduğunu açıqlayıb. Onun sözlərinə görə, Rusiya Federasiyasından olan pilotsuz təyyarələr Polşanın hava məkanını pozub, lakin hava hücumundan müdafiə sistemi işə düşüb və NATO ərazisinin mühafizəsini uğurla təmin edib.

Poliqon.info

Избранный
29
poliqon.info

1Источники