RU

Meyvələrin qida və müalicəvi əhəmiyyətindən bəhs edən kitab nəşr olunub

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkpərov və biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan bəzi tumlu, çəyirdəkli meyvələrin fitokimyəvi tərkibi, qida və müalicəvi əhəmiyyəti” kitabı nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat işində Naxçıvan Muxtar Respublikası ərazisində təbii olaraq yayılan bəzi tumlu, çəyirdəkli meyvələrin fitokimyəvi tərkibi araşdırılıb, onların qida və müalicəvi əhəmiyyətli olması elmi ədəbiyyat və yerli biliklər əsasında təhlil edilib. Məqsəd həm xalq təbabətində istifadə olunan bu meyvələrin elmi əsaslarını ortaya çıxarmaq, həm də onların müasir dietologiya və farmakologiya sahəsində tətbiq perspektivlərini müəyyənləşdirməkdən ibarət olub. Meyvələrin analizi Türkiyənin Trabzon şəhərində yerləşən inkişaf etmiş laboratoriyada aparılıb.

Kitabda Azərbaycan ərazisində yayılmış dərman əhəmiyyətli bitki növləri haqqında ətraflı məlumat təqdim edilib, onlardan xalq və ənənəvi təbabət üsulları əsasında müxtəlif xəstəliklərlərin müalicəsində istifadəsi, dərman və qarışıqların hazırlanması qaydaları haqqında geniş izahatlar verilib. Əsərdən elmi işçilər, ənənəvi, xalq və kənd təsərrüfatı mütəxəssisləri, müəllimlər və təbiblər istifadə edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
azertag.az

3Источники