RU

2026-cı il üzrə icmal büdcənin gəlir və xərc proqnozu açıqlanıb

2026-cı

2026-cı ildə icmal büdcənin gəlirləri 44 milyard 825.3 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nəzərən 874.7 milyon manat və ya 2 faiz çoxdur.

“APA-Economics”in xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.

İcmal büdcə xərcləri isə növbəti ildə 48 milyard 683.1 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 53.7 milyon manat və ya 2,2 faiz çoxdur.

Qeyd edək ki, 2026-cı il üzrə icmal büdcədə 3 milyard 857.8 milyon manat büdcəkəsri (defisit) olacağı proqnozlaşdırılıb.

Избранный
24
4
xalqcebhesi.az

10Источники