RU

Paşinyan seçkilərə rəqibsiz gedəcək? - AÇIQLAMA

"Ermənistanda baş nazir ümumxalq səsverməsi ilə deyil, parlament çoxluğu tərəfindən seçilir. Gələn ilin 7 iyununda da keçirilməsi nəzərdə tutulan parlament seçkilərində Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyasının qalib gəlmə ehtimalları yüksəkdir".

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hakim partiya ilə yanaşı, müxalif partiyalarının da parlamentdə iştirakı gözlənilir:

"Təbii ki, parlament çoxluğu hansı partiya olacaqsa, o da baş naziri öz sıralarından təyin edəcək. Bu gün Ermənistanda Paşinyana rəqib olan partiyaların nüfuzu aşağıdır. Həmçinin, "Vətəndaş Müqaviləsi" Partiyası açıq-aşkar üstün mövqedədir. 

Digər tərəfdən isə Paşinyan əleyhdarlarının demək olar ki, böyük əksəriyyətinin məhz keçmişdə hakimiyyətdə olan şəxslərdən ibarətdir. Hansılar ki, xalq arasında Paşinyan qədər populyar deyillər. Bütün bunlar isə Nikol Paşinyanın mövqelərinin güclənməsinə və əsas namizəd olaraq ortaya çıxmasına birbaşa şərait yaratmış olur". 

381960

Ekspert qeyd edib ki, müxtəlif situasiyalardan asılı olaraq müxalif partiyaların ayrı-ayrılıqda və yaxud da blok şəklində seçkidə iştirakı, habelə parlamentdə topladıqları səsə görə də vahid namizədlə çıxış etmək imkanları var:

"Son dövrlərdə Ermənistan siyasi mühitinə və siyasi proseslərə baxdıqda hakim partiya ilə eyni gücdə ola biləcək alternativ qüvvənin demək olar ki, olmadığını görürük. Bu da təbii olaraq Paşinyanın və onun partiyasının daha üstün mövqedə olmasına imkan yaradır". 

Rəşad Bayramov onu da diqqətə çatdırıb ki, Ermənistanda parlament seçkilərinin keçirilməsinə hələ 9 ay var:

"Bu 9 ay içərisində nələrin baş verəcəyini böyük ölçüdə proqnozlaşdırmaq mümkün deyil. Lakin indiki halı əsas götürərək qeyd edə bilərik ki, bu seçkilərdə də mövcud hakimiyyət öz mövqelərini qoruyub saxlaya biləcək. 

Bu da parlamentdə qələbələrinin təmin olunmasına şərait yaradır. Parlamentdə çoxluğun əldə edilməsindən sonra da Paşinyanın yenidən baş nazir postunu tutmasına hər hansı bir əngəl olmayacaq". 

Pərviz

Избранный
34
hit.az

1Источники