RU

Ölkəmiz Seul Beynəlxalq Rəqabət Forumunda təmsil olunub

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreyanın paytaxtı Seulda işgüzar səfərdə olub. Soydaşlarımız III Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası – Müstəqil Dövlətlər Birliyi – Koreya Ədalətli Ticarət Komissiyasının İcraçılar Sammiti (ASEAN-CIS-KFTC) və XIII Seul Beynəlxalq Rəqabət Forumunda iştirak ediblər.

“ASEAN-CIS-KFTC” icraçılar sammitində region ölkələrinin rəqabət qurumları arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müvafiq sahədə təcrübə mübadiləsi, rəqəmsal bazarların sürətli inkişafının rəqabət mühitinə yaratdığı çağırışlar və rəqabət qanunvericiliyinin genişlənən tətbiq sahələrinin müzakirəsinə həsr olunmuş “Rəqabətin təşviqi və beynəlxalq əməkdaşlıq”, o cümlədən “Rəqabət qanunvericiliyinin tətbiqində cari tendensiyalar” mövzusunda sessiyalar təşkil olunub.

“Rəqabət qanunvericiliyinin tətbiqində cari tendensiyalar” sessiyasında agentliyin sədri E.Bağırov rəqabət sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasının vacibliyindən və Azərbaycanda beynəlxalq təcrübə nəzərə alınmaqla qəbul olunan Rəqabət Məcəlləsindən bəhs edib. İstehlakçıların mənafelərinin qorunması istiqamətində mühüm tədbirlərin görüldüyü və haqsız rəqabət halları ilə mübarizə çərçivəsində bazar iştirakçıları üçün bərabər imkanların yaradıldığı qeyd olunub. Bundan əlavə, dövlət satınalmaları sahəsində təchizatçılar üçün əlçatanlığın və ədalətli rəqabət mühitinin təmin edilməsi məqsədilə satınalma proseslərində süni intellektin potensial tətbiqi imkanlarından söz açılıb.

Səfərin növbəti günü agentliyin nümayəndə heyəti XIII Seul Beynəlxalq Rəqabət Forumunda iştirak edib. Burada “Rəqabət sahəsində dəyişikliklər və rəqabət qurumlarının yenilənən səlahiyyətləri”, “Rəqabət və istehlakçı hüquqları ilə bağlı məlumatlar və əlaqəli məsələlər”, “Rəqəmsal sektorda spesifik məsələlər: Elektron ticarət və OTT” mövzularında sessiyalar təşkil olunub. Müasir tendensiyalara uyğun rəqabət orqanlarının dəyişən səlahiyyətləri, rəqabət siyasətinin müasir texnoloji inkişaf və innovativ yanaşma konsepsiyalarına uyğunlaşdırılması, rəqəmsallaşmanın, xüsusilə elektron ticarətin bazar dinamikasına təsirləri, eləcə də rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahələri üzrə məlumatların toplanması, istifadəsi və onlardan irəli gələn hüquqi-iqtisadi məsələlər müzakirə edilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
5
xalqqazeti.az

6Источники