RU

İntihar etdiyi deyilən aktyor: "Məni öldürməyə çalışırlar?"

Ötən gün intihar etdiyi deyilən məşhur aktyor Ufuk Özkan bu xəbərləri inkar edib.

BAKU.WS xəbər verir ki, bu barədə danışan aktyor yorğunluq səbəbindən mütəmadi olaraq xəstəxanaya gedib-gəldiyini və buna görə belə xəbərlər yayıldığını bildirib:

"Məni öldürməyə çalışırlar? Yay boyu çox işlədiyim üçün üzümdə ekzema (dəri xəstəliyi) yarandı və mütəmadi olaraq xəstəxanaya gedib-gəlirəm. Çəkilişdə oluram və aparıcıyam, ona görə də hesab edirəm ki, ekzema makiyaj səbəbindən əmələ gəlib. Evdə dincəlirəm və iki gündən bir müayinədən keçirəm".

Xatırladaq ki, ötən gün aktyorun intihar etdiyi və xəstəxanaya yerləşdirildiyi ilə bağlı xəbərlər yayılıb.

Bu barədə onun qardaşı Umut sosial şəbəkədə paylaşım edib.

Избранный
21
1
far.az

2Источники