RU

Qohumunun evindən seyf oğurlayan şəxs saxlanılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Moranlı kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən pul və qızıl-zinət əşyaları oğurlayan Araz Qarayev saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, adıçəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39 min 500 manat və 12 min ABŞ dolları olan seyfi oğurlayıb.

Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev pulun bir qismi ilə minik avtomobili alıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Избранный
7
37
azertag.az

10Источники