Çempionlar Liqasının Liqa mərhələsi bu gün start götürür.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutacaq. Günün maraqlı görüşlərindən biri Bilbaoda baş tutacaq.

"Atletik" klubu "Arsenal"ı qəbul edəcək.

İspaniyada daha bir oyun oynanılacaq. "Real Madrid" Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək.

Günün bütün oyunlarıni sizə təqdim edirik:

20:45. PSV (Niderland) - “Yunion” (Belçika)

20:45. “Atletik” (İspaniya) - “Arsenal” (İngiltərə)

20:45. “Real” (Madrid, İspaniya) - “Marsel” (Fransa)

23:00. “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)

23:00. “Yuventus” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya)

23:00. “Tottenhem” (İngiltərə) - “Vilyarreal” (İspaniya)