RU

Feldşer Müdafiə Nazirliyini məhkəməyə verdi - Əvvəl uddu, sonra uduzdu

Müharibə vaxtı işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradan feldşer gizir Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Talıbov ona müharibə veteranı və vəsiqəsi verilməsi üçün iddia qaldırıb.

Talıbov sözügedən məntəqəni döyüş meydanından birbaşa gələn yaralılara ilkin tibbi xidmət göstərmək üçün yaradıb. Tibb qardaşı iddia ərizəsində yazır ki, 2020-ci il Füzuli Müalicə Diqanostika Mərkəzinə könüllü müraciət edib və həmin xəstəxananın tabeliyində işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradıb. O, müharibə vaxtı nümunəvi fəaliyyətini əsas gətirərək iddiasının təmin edilməsini xahiş edib.

Bakı İnzibati Məhkəməsi iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, əməliyyatlarda iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsini də öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirib.

Qərara əsasən iddia təmin edilib.

Lakin Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarla razılaşmayıb. Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, iddiaçının Müdafiə Nazirliyi ilə rəsmi xidməti münasibəti olmayıb, ezam sənədləri təqdim etməyib, yalnız könüllü kimi fəaliyyət göstərib. Hətta məhkəmə araşdırması zamanı iddiaçı özü də ezam sənədlərinə malik olmadığını etiraf edib.

Xüsusilə müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbi ilə bağlı Müdafiə Nazirliyi cavabdehlik daşıyan orqan olmadığına görə həmin orqana münasibətdə iddia tələbi mümkün sayılmayıb.

Nəticədə Müdafiə Nazirliyinin şikayəti qismən təmin edilib, Anar Talıbova müharibə veteranı adı verilməsinin mümkün hesab edilməsi ilə bağlı əvvəlki qərar ləğv edilib. 

İddiaçı tərəf bu qərardan kassasiya şikayəti hazırlayıb. Son sözü Ali Məhkəmə deyəcək.

Избранный
4
7
day.az

8Источники