RU

“Qarabağ”ın portuqallara qarşı 5 ci sınağı

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyuna çıxacaq. Azərbaycan çempionu Portuqaliyada “Benfika”nın qonağı olacaq.

Futbolpress.az-ın məlumatına görə, “Qarabağ” buna qədər UEFA turnirlərində 4 dəfə Portuqaliya təmsilçiləri ilə qarşılaşıb. 2018-ci ildə Avropa Liqasının qrup mərhələsində “Sportinq”ə rəqib olan “Qarabağ” bu komanda ilə iki oyunda da məğlub olub – 0:2, 1:6.

“Qarabağ”ın portuqallara qarşı digər sınağı ötən il olub. Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya rəqib olan “atlılar” səfərdə 4:2 hesablı qələbə qazanıb, evdə 2:3 hesabıyla uduzub. Ümumi hesabda üstün olan “Qarabağ” mərhələ adlayan tərəf olub.

Bu gün keçiriləcək “Benfika” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
futbolpress.az

1Источники