Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə start verəcək.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyada "Benfika"nın qonağı olacaq.
Lissabon şəhərindəki "Da Luj" stadionunda təşkil olunacaq oyun saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
16 sentyabr
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Lissabon, "Da Luj" stadionu
İdman.biz