RU

Bəzi ərazilərdə qaz olmayacaq

Bakının iki rayonunda təbii qazın verilişində fasilə yaranacaq.

 "Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, siyirtmənin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mövcud şəbəkəyə qoşulması, eləcə də Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndini təbii qazla təmin edən qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazi və Əli İsazadə küçəsi, həmçinin Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndində qaz təchizatında fasilə yaranacaq.

İmişlinin iki kəndinin qaz təchizatında da fasilə yaranacaq.

İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndlərini təbii qazla təmin edən daşıyıcı PE-225, 160 və 110 mm-lik qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar bu gün saat 11:00-dan etibarən sınaq işləri başa çatanadək Rəsullu və Məhəmmədli kəndlərində (ümumi 463 abonent) qaz təchizatı dayandırılacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Избранный
22
27
unikal.az

10Источники