RU

Aİ də bir neçə min Çin konteyneri müsadirə edildi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Prokurorluğu Pirey limanında 2 435 dəniz konteynerinin müsadirə edildiyini bildirib.

Oxu.Az-ın Politico-ya istinadən məlumatına görə, əməliyyat Avropa İttifaqı tarixində müsadirə edilmiş konteynerlərin sayına görə ən böyük olub.

Konteynerlərdə, əsasən, elektrik velosipedləri, tekstil məhsulları və ayaqqabılar var idi.

Avropa Prokurorluğu bu malların Aİ ərazisində qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən altı şəxsə qarşı ittiham irəli sürüb. Qurumun hesablamalarına görə, ittifaq ölkələrinin büdcələri gömrük rüsumları və ƏDV şəklində təxminən 800 milyon dollar itirə bilərdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
2
oxu.az

3Источники