RU

Dünya okeanlarında 14 min ton qızıl var

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Dünya okeanlarında təxminən 14 min ton qızıl mövcuddur. Alimlər bildiriblər ki, bu, sübuta yetirilsə də, onun konsentrasiyası çox azdır. Bir qram saf qızıl əldə etmək üçün təxminən 100 milyon ton dəniz suyu emal edilməlidir.Reyting.az-ın məlumatına görə, mütəxəssislər deyiblər ki, müasir texnologiyalarla elmi laboratoriya şəraitində dəniz suyundan qızılı ayırmaq mümkün olsa da, belə bir prosesi sənayedə həyata keçirmək real görsənmir. Bu səbəbdən okeanlardakı nəhəng qızıl ehtiyatları əlçatmaz qalır.Elm adamları bildiriblər ki, dünya okeanlarındakı təxminən 14 min ton qızıl Parisdəki Eyfel qülləsinin kütləsindən təqribən iki dəfə çoxdur.Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
reyting.az

2Источники