Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsrail ordusu tanklarla gecəyarısı Qəzzanı tamamilə işğal etmək üçün quru əməliyyatına başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gecəboyu Qəzzanın əsasən mərkəzi bölgələrində partlayışlar baş verib, hava hücumları intensivləşib.
ABŞ-da nəşr olunan “Axios” qəzeti yazıb ki, İsrail tankları artıq Qəzzanın şəhər mərkəzinə daxil olub. Qəzet İsrail ordusunun ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfərindən dərhal sonra əməliyyata başlamasını da təsadüfi saymayıb: "ABŞ bu səfərlə İsrailə yaşıl işıq yandırıb"
"Axios"a danışan İsrail mənbələri bildiri ki, ABŞ prezidenti Donald Trampın əməliyyatı dəstəkləyir: "Lakin o, əməliyyatın ən qısa zamanda tamamlanmasını istəyib".
Bu arada Fransanın AFP xəbər agentliyinə danışan fələstinlilər intensiv bombardmanların başladığını bildiriblər: "İlk əməliyyatla ən azı 24 nəfərə ölüb. İsrail tankları qarşılarına çıxan nə varsa, dağıdır, əzir. Ölü sayı kəskin arta bilər..."
HƏMAS isə bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın "girovlardan canlı qalxan kimi istifadə ediləcəyi" iddiasının sionist təbliğatı sayıb: "Qəzza zolağında girovların taleyi Netanyahu hökumətinin əlindədir. Qəzza şəhərini hədəf alan sistemli dağıntı girovların həyatını birbaşa təhlükə altına qoyur".
İsrailin müdafiə naziri Yisrael Katz isə quru əməliyyatı ilə bağlı sərt xəbərdarlıq edib: "Qəzza yanır. İsrail ordusu terror infrastrukturunu dəmir yumruqla vurur, əsgərlərimiz girovların xilas edilməsi və HƏMAS-ın məhv edilməsi üçün qəhrəmancasına döyüşür. Missiyamız sona çatana qədər rahatlamayacaq və geri çəkilməyəcəyik"
Lamiyə Əhmədli
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.