Dermatoloq Syuzan Nedorost yeni geyimləri ilk dəfə geyinməzdən əvvəl mütləq yumağı tövsiyə edib.
Redaktor.az xəbər verir ki, həkim paltarı yuyulmadan geyinməyin fəsadları barədə Deia nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, bu qaydaya əməl edilməməsi allergik dermatitə səbəb ola bilər. Həkim qeyd edib ki, xəstəliyin əlamətləri bəzən yeni geyim geyinildikdən bir neçə gün sonra üzə çıxır.
Nedorost vurğulayıb ki, patologiyanın əsas simptomu bir neçə həftə ərzində keçib getməyən səpkidir.