RU

Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Bakının iki rayonunda təbii qazın verilişində fasiləyaranacaq.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsində qaz xəttinindayaqlar üzərinə qaldırılması, siyirtmənin quraşdırılması və yeniçəkilmiş qaz kəmərinin mövcud şəbəkəyə qoşulması, eləcə də Sabunçurayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndini təbii qazla təmin edənqaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması iləəlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binə qəsəbəsi,Südçülük sovxozu adlanan ərazi və Əli İsazadə küçəsi, həmçininSabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndində qaztəchizatında fasilə yaranacaq.

İmişlinin iki kəndinin qaz təchizatında da fasilə yaranacaq.

İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndlərini təbii qazlatəmin edən daşıyıcı PE-225, 160 və 110 mm-lik qaz kəmərlərindəkipliyin sınağı məqsədilə əlaqədar bu gün saat 11:00-dan etibarənsınaq işləri başa çatanadək Rəsullu və Məhəmmədli kəndlərində(ümumi 463 abonent) qaz təchizatı dayandırılacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddətərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı vətəhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Избранный
34
41
az.trend.az

10Источники