RU

Mexikoda qaz sisterninin partlaması nəticəsində ölənlərin sayı 15 nəfərə çatdı

BAKI, 16 sentyabr. TELEQRAF

Meksikanın paytaxtı Mexikoda 10 sentyabr tarixində baş vermiş maye qaz sisterninin partlaması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 38 nəfər hələ də xəstəxanadadır.

Teleqraf xəbər verir ki, bu barədə şəhərin səhiyyə naziri Nadin Qassman bildirib.

“Bizə indicə məlumat verildi ki, daha bir nəfər vəfat edib, beləliklə ölənlərin sayı 15 nəfərə çatıb”, - Qassman deyib.

Onun sözlərinə görə, xəstəxanalarda hələ də 38 nəfər qalır ki, onların arasında çoxsaylı yanıq xəsarətləri almış 14 nəfərin vəziyyəti son dərəcə ağırdır.

Избранный
79
teleqraf.com

1Источники