RU

Rusiya Zaporojyeyə zərbələr endirdi - Bir nəfər öldü, yeddi nəfər yaralandı

BAKI, 16 sentyabr. TELEQRAF

Rusiya Ukraynanın Zaporojye şəhərinə zərbə endirib.

Teleqraf xəbər verir ki, Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz “Telegram” kanalında hücum barədə ən son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya təkcə şəhərə azı 10 zərbə endirib, həmçinin vilayət mərkəzinə zərbələr davam etdirilir.

“Hücum nəticəsində şəxsi evlər və qeyri-yaşayış binaları dağıdılıb. Yanğınlar baş verib”, - Fedorov yazıb.

Son məlumatlara görə, hücum nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb, onların arasında bir uşaq da var.

“Zaporojyeyə düşmən hücumu nəticəsində tibbi yardıma ehtiyacı olan insanların sayı artıb. Zərbə endirilən yerdə təcili yardım briqadaları işləyir. Yaralılara lazımi tibbi yardım göstərilir", - Zaporojye hərbi administrasiyasının rəhbəri əlavə edib.

Избранный
40
teleqraf.com

1Источники