BAKI, 16 sentyabr. TELEQRAF
İsrailin Baş naziri Binyamin Netanyahu məni Qətərə zərbə endirmək planları barədə əvvəlcədən xəbərdar etməyib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Xeyr, o bunu etməyib", - Tramp Netanyahunun bəyanatını təkzib edərək bildirib.
ABŞ lideri həmçinin İsrailin artıq Qətərə zərbələr endirməyəcəyini deyib.