ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 16 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bazar günü siyasi fəal Çarli Kirkin Arizona ştatının Feniks şəhərində keçiriləcək dəfn mərasimində çıxış edəcək.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
O, mərasimin stadionda olacağını və stadionun kifayət qədər dolu olacağını bildirib. Tramp çıxının hansı istiqamətdə olacağını açıqlamayıb.
Çarli Kirk Trampın ən yaxın müttəfiqlərindən olub.
Dəfn mərasimi sentyabrın 21-i Arizona ştatının Feniks şəhərində baş tutacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.