RU

Maykl Cordanın oğlu həbsxanadan çıxır

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əfsanəvi basketbolçu Maykl Cordanın oğlu Markus Cordan bu ilin fevralında baş vermiş insidentlə bağlı artıq cəza çəkməyəcək.

İdman.biz bildirir ki, həmin gün Markus "Lamborgini"də dəmiryol relslərində ilişib qalıb. O, həbs olunarkən sərxoş olub, polis əməkdaşlarını təhqir edib və atasının kim olduğunu deyib. Markus həmçinin kokain saxlamaqda ittiham olunub. O, "Orange County" həbsxanasına yerləşdirilib.

Lakin TMZ-nin xəbərinə görə, əfsanənin oğlu prokurorluqla sövdələşib. İndi o, 250 sözdən ibarət üzrxahlıq məktubu yazmalı, narkotik testindən keçməli, 1000 dollar bağışlamalı və 50 saat ictimai iş görməlidir.

Qeyd edək ki, fevral hadisəsi Markus Cordanla bağlı ilk qalmaqal deyil. Ötən ilin dekabrında o, məşhur Hollivud aktyoru Eddi Merfinin keçmiş həyat yoldaşı Nikol Merfi ilə klubda görüntülənib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
icma.az

2Источники