RU

Gələn il sosial müdafiə və sosial təminat üzrə xərclər 120 milyon manatdan çox artırılır

Apa.az saytına istinadən ain.az xəbər verir.

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 873 milyon manat ayrılması proqnozlaşdırılır.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.

Beləliklə, sosial müdafiə və sosial təminat üzrə xərclərinin büdcədə xüsusi çəkisi 11,7 faiz olacaq.

Sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54 faiz qədər çox olacaq. 2025-ci ildə büdcədə sosial müdafiə və sosial təminat üzrə xərclər 4 milyard 751,7 milyon manat nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
4
apa.az

10Источники