RU

Rubio Avropanı ABŞ-dan tələb etdiyi sanksiyaları Rusiyaya qarşı tətbiq etməyə çağırıb

Vaşinqtondan Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi xahiş edən Avropa ölkələri ilk öncə analoji məhdudiyyətləri özləri tətbiq etməlidir.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.

"Prezident Tramp, eyni zamanda Avropanın da bunu etməsinin vacib olduğuna işarə etdi. Avropada hələ də Rusiya mallarını, o cümlədən Rusiya neftini alan ölkələr var. Prezident avropalı tərəfdaşlarımıza bizdən tətbiq etməyi xahiş etdikləri sanksiyaları tətbiq etməyə çağırıb. Əgər onlar bunu etməyə dərindən sadiqdirlərsə, biz onları bizdən tələb etdiklərini həqiqətən etməyə təşviq etmək istəyirik", - Rubio bildirib.

Избранный
33
1
apa.az

4Источники