RU

ABŞ Belçikaya 568 milyon dollarlıq raket satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti AIM-9X Sidewinder raketləri və müvafiq avadanlıqların Belçikaya 568 milyon dollara potensial satışını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 15-də Hərbi Departamentin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.

“ABŞ Dövlət Departamenti AIM-9X Sidewinder raketləri və müvafiq avadanlığın Belçikaya 567,8 milyon dollara potensial satışını təsdiqləyib”, - nəşr yazır.

Qeyd olunur ki, satışın baş podratçısı təyyarə və müdafiə sənayesində fəaliyyət göstərən RTX Corp şirkəti olacaq.

Избранный
31
ucnoqta.az

1Источники