BAKI, 15 sentyabr. TELEQRAF
Ərəb və İslam ölkələri İsrailin BMT-dəkiüzvlüyünü dayandırmaq üçün koordinasiyalı fəaliyyət göstərəcəklər.
Teleqraf xəbər verir ki, DohadaƏrəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının liderləri Təl-Əvivin planlarına qarşı durmağın zəruriliyini bir daha təsdiqləyiblər .
“İsrailin regionda yeni status-kvo tətbiq etmək planlarına qarşı durmağın zəruriliyi bir daha təsdiqlənir, çünki bu planlar regional və beynəlxalq sabitlik və təhlükəsizliyə birbaşa təhdiddir”.
Sentyabrın 9-da İsrail qüvvələri HƏMAS- ın Dohada hərəkat rəhbərliyinin iclasının keçirildiyi qərargahına zərbələr endirib . Daha sonra Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman bin Casim Əl Tani bildirib ki, İsrailin hərəkətləri Qəzza zolağında girovluqda olan vətəndaşların azad edilməsi ilə bağlı bütün ümidləri heçə endirib.