RU

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus “Typhoon” qırıcıları NATO əməliyyatları çərçivəsində Polşa hava məkanında hava hücumundan müdafiə missiyalarına başlayacaq.

Bizim.Media xəbər verir ki, bu qərar ötən həftə Rusiya dronlarının Polşanın hava məkanını pozmasından sonra qəbul edilib.

Britaniya təyyarələri artıq Şərq cinahının möhkəmləndirilməsində iştirak edən Danimarka, Fransa və Almaniyanın qüvvələrinə qoşulacaq.

“Bu, sadəcə güc nümayişi deyil. Bu, təkcə Polşanın hava məkanının deyil, bütövlükdə NATO-nun təhlükəsizlik sisteminin qorunmasına real töhfədir”, – deyə Britaniyanın baş naziri Kiri Starmer Sky News-a bildirib.

Qeyd edək ki, sentyabrın 11-də Fransa da Polşaya 3 “Rafale” qırıcısı göndərəcəyini elan edib.

Bizim.Media

Избранный
65
bizim.media

1Источники