Musavat.com xəbər verir ki, Almaniyanın kansleri Fridrix Merts Münhendə bərpa olunmuş sinaqoqun açılış mərasimində çıxışı zamanı emosiyalarına hakim ola bilməyib.
Fridrix Merts Almaniyada antisemitizmin artmasından utanc hissi keçirdiyini bildirib: “Kansler kimi, alman kimi, ‘bir daha heç vaxt’ vədi ilə tərbiyə olunmuş bir insan kimi mən dərin utanc hissi keçirirəm”.
O vurğulayıb ki, Almaniyada antisemitizmə qarşı mübarizə dövlətin əsas vəzifələrindən biri olaraq qalacaq.
Musavatcom