RU

"Ten Haq bizim səhvimizdir"

“Bayer” klubu Bundesliqada yalnız iki turdan sonra baş məşqçi Erik Ten Haqı istefaya göndərib.

90deqiqe.Az-ın "Bild Sport"a istinadən məlumatına görə, Leverkuzen təmsilçisinin icraçı direktoru Fernando Karro bu addımı şərh edib.

“Bunu qətiyyən səhv qərarımız kimi qiymətləndirərdim. Lakin belə hallar baş verə bilər. İnsan resursları ilə bağlı qərar qəbul edən hər kəs bunu bilir. Bu məyusedicidir, amma normaldır. Biz məsələyə peşəkarcasına yanaşdıq. Heç bir ciddi problem yoxdur. Səhv edəndə vaxtında reaksiyaya keçmək lazımdır”

Ten Haqın istefasından sonra keçirilən ilk Bundesliqa matçında “Bayer” evdə “Ayntraxt”ı 3:1 hesabı ilə məğlub edib.

Избранный
29
90deqiqe.az

1Источники