RU

Ermənistan və Türkiyə emissarlarının növbəti görüşü Türkiyədə baş tuta bilər

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan-Türkiyə danışıqları üzrə emissarların növbəti görüşü Türkiyədə baş tuta bilər.

APA xəbər verir ki, bunu Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

O həmçinin görüşlə bağlı tarixin hələ ki, müəyyən edilmədiyini bildirib.

Rubinyan bundan başqa sentyabrın 12-də İrəvanda iki ölkənin xüsusi nümayəndələrinin 6-cı görüşü zamanı əldə olunmuş razılaşmaların təfərrüatlarını da təqdim edəcəyini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
6
apa.az

7Источники