RU

Oveçkin yeni reklam müqavilələri imzalayıb

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin mövsümlərarası dövrdə Rusiya şirkətləri ilə 10-a yaxın reklam müqaviləsi imzalayıb. “SHOT” teleqram kanalının yaydığı xəbərə görə, 39 yaşlı hokkeyçi ilə imzalanan müqavilələrin ümumi məbləği 3,3 milyard rublu (63 milyon manata yaxın – red.) ötüb. Bu isə Oveçkinin il ərzində Amerika klubunda qazandığı puldan üç dəfə artıqdı.Məzuniyyətini vətənində keçirən Oveçkin artıq ABŞ-yə qayıdıb. MHL-də yeni mövsüm oktyabrın 7-də start götürəcək. Rusiyalı ulduzun “Vaşinqton”la müqaviləsinin müddəti mövsümün sonunda bitəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
66
1
icma.az

2Источники