Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə liderinin sosial şəbəkədəki paylaşımında deyilir: “Bakının düşmən işğalından azad edilməsinin ildönümü münasibətilə qardaş Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Komandan Nuru Paşanın və Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının xatirəsini ehtiramla yad edirəm. Qardaş Azərbaycan xalqına salamlar və sevgilər göndərirəm”.