Misir Prezidenti Əbdülfəttah əs-Sisi İsraili hədələyib.
Tribunainfo.az xəbər verir ki, Misir lideri Dohada keçirilən Ərəb-İslam sammitində çıxışı zamanı İsrailin bölgədəki fəaliyyətlərinə qarşı sərt mövqe nümayiş etdirib.
“Düşmənin bizə baxış tərzini dəyişməliyik ki, onlar hər bir Ərəb dövlətini okeandan Körfəzə qədər uzanan geniş bir bölgənin parçası kimi görsünlər”, – Əbdülfəttah əs-Sisi bildirib.
İsraili “düşmən” adlandıran Misir Prezidentinin sözlərinə görə, bu isə güclü qərarlar tələb edir.