RU

Ermənistanın dövlət rəmzlərində islahat başladı - Ağrının "canı" qurtardı... Növbədə nədir?


Ilyas Hüseynov: “Ermənistanın gerb və himnində də dəyişiklik edilməlidir”

Xəbər verildiyi kimi, Ermənistan hökumətinin qərarı ilə noyabrın 1-dən etibarən Ağrı dağının təsviri Ermənistan Respublikasının giriş və ya çıxışındakı sərhəd nişanından (möhürdən) götürüləcək. Bu barədə “Yaşamaq üçün torpaq” partiyasının həmtəsisçisi Mesrop Arakelyan öz “facebook” səhifəsində məlumat verib.

Məlumdur ki, Ağrı dağının təsviri Ermənistan-Türkiyə münasibətlərinin gərginliyinə səbəb olurdu. Adıçəkilən təsvirin sərhəd nişanından götürülməsi təbii olaraq Ermənistanın xeyrinə olacaq. Ancaq onu da nəzərə almaq lazımdır ki, Ermənistanı qonşu dövlətlərlə münasibətlərini gərgin saxlayan, ərazi iddiaları olan bir ölkə kimi tanıdan digər əlamətlər, simvollar da var. Məsələn, Ermənistanın dövlət gerbində guya bu ölkənin qədim tarixində mövcud olan 4 imperiyanın əlamətləri var. Maraqlıdır, Ermənistanın gerbində onun qonşu ölkələrlə münasibətini gərginləşdirən daha nələr var və hansı əlamətlər, simvollar çıxarılmalıdır?

“Ermənistan atributlarında ərazi iddiaları ilə bağlı bütün simvollar aradan götürülməlidir”

Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Ermənistan hökumətinin gerbindən Ağrı dağı simvolunun götürülməsi ilə bağlı qərarı ciddi müzakirə olunur. Ermənistan sosial platformasında da məlum məsələ geniş dəyərləndirməyə səbəb olub: “Ağrı dağının təsvirinin Ermənistan Respublikasının giriş və ya çıxışındakı sərhəd nişanından götürülməsi Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı bu ölkənin jesti kimi qiymətləndirilə bilər. Ola bilər ki, bu, Türkiyə Cumhuriyyətinin tələbidir. Nəzərə almaq lazımdır ki, Ermənistan dövlət atributlarında Türkiyəyə qarşı ərazi uydurması, yalançı tarixə istinad kimi əlamətlər var. Bu tip simvollar ərazi iddiası irəli sürmək, tarixi torpaqlar haqqında yalan fikirlər formalaşdırmaq niyyətini ortaya qoyur. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün adıçəkilən ölkə bu tip addımlardan əl çəkməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistanın gerb və himnində də dəyişiklik edilməlidir: “Məlumat üçün deyim ki, Ermənistan himnində bəndlərin yeri dəyişib, ancaq bu kifayət deyil. Ermənistan atributlarında ərazi iddiaları ilə bağlı bütün simvollar aradan götürülməlidir”.

Günel CƏLİLOVA

Избранный
60
baki-xeber.com

1Источники