Çinin məşhur oyuncaq istehsalçısı "Pop Mart International Group"un kapitallaşması təxminən 13 milyard dollar və ya 25% azalaraq 44,23 milyard ABŞ dolları səviyyəsinə düşüb.
Paralel.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
15 sentyabr tarixindəki birja ticarətinin nəticələrinə əsasən, şirkətin bazar dəyəri 44,23 milyard dollar təşkil edib.
Aksiyalardakı bu kəskin azalma "JPMorgan Chase & Co." tərəfindən "Pop Mart" səhmlərinə dair tövsiyənin “bazarı üstələyir” səviyyəsindən “neytral” səviyyəsinə endirilməsi ilə əlaqələndirilir.
Buna baxmayaraq, "Bloomberg"in qeyd etdiyinə görə, "Pop Mart"ın səhmləri 2025-ci ilin əvvəlindən etibarən Hanq Senq indeksində ən yüksək gəlirlilik göstərən səhmlər arasında qalmaqdadır.(axşa.az)