RU

Bessent: Avropasız ABŞ Çinə qarşı Rusiya nefti alışına görə rüsum tətbiq etməyəcək

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ administrasiyası Çin tərəfindən Rusiya neftinin alınmasına görə Çin məhsullarına əlavə gömrük rüsumlarının tətbiqini nəzərdən keçirmir — əgər oxşar addımları Avropadakı müttəfiqləri də atmazsa.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent “Reuters” və “Bloomberg” agentliklərinə verdiyi müsahibədə bildirib.

“Biz gözləyirik ki, indi avropalılar da öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər və biz bu məsələdə onların iştirakı olmadan hərəkət etməyəcəyik,” – deyə Bessent, ABŞ-ın Çinə qarşı rüsum tətbiq edib-etməyəcəyi ilə bağlı suala cavabında vurğulayıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
icma.az

1Источники