Gəncədə bıçaqlanma hadisəsi olub.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Cavid Kərimov bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, C. Kərimov dostu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma başlanılıb.