Belqrad, 15 sentyabr, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç Yaponiyaya işgüzar səfəri çərçivəsində “Expo Osaka 2025” ümumdünya sərgisindəki ölkə pavilyonuna baş çəkib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç Serbiya pavilyonunun ölkənin kimliyini, ideyalarını və baxışını təqdim etdiyini bildirib. Qeyd edib ki, indiyədək pavilyonu 800 mindən çox insan ziyarət edib.
“Bu, həqiqətən əla nəticədir və biz ziyarətçilərin sayının bir milyonu keçəcəyini gözləyirik. Ölkəmiz dünyaya öz yaradıcılığını, yeniliyini və potensialını təqdim edir. Serbiya Şərqlə Qərb arasında körpüdür, necə ki, Osakadakı pavilyonumuz iki dünya sərgisi: “Expo Osaka 2025” və “EXPO Belqrad 2027” arasında simvolik körpünü təmsil edir”, - deyə o vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad