RU

Azərbaycan karateçiləri Avropa çempionatı və birinciliyində uğur qazanıblar

Oktyabrın 10-dan 14-dək tarixlərində Rumıniyanın Timișoara şəhərində keçirilən qocyu-ryu karate üslubu üzrə (idman karatesi - WKF qaydaları) XXI Avropa çempionatı və birinciliyində Azərbaycan karateçiləri uğurlu çıxışlar nümayiş etdiriblər.

İdman.biz bildirir ki, Nurlan Quliyevin rəhbərliyi altında yarışda iştirak edən komandamız yüksək nəticələrə imza atıb.

Karateçilərin hazırlığında və uğurlarında böyük pay sahibi olan məşqçilər - Azər Aslan, Elşən Xamoyev, Röya Səfərov, Elmin İsayev, Qadir Hüseynov və Ruslan İsmayılov - öz yetirmələri ilə birlikdə müxtəlif yaş və çəki dərəcələrində nümunəvi çıxışlar göstəriblər. Qeyd edək ki, Elşən Xamoyev və Ruslan İsmayılov həm də hakim kimi yarışda təmsil olunublar.

Azərbaycan karateçilərinin əldə etdiyi medallar ölkəmizin beynəlxalq idman arenalarında uğurlu çıxışlarının davamı kimi dəyərləndirilir.

Qızıl medal qazanan idmançılar:
1. Mikayıl Nağıyev (məşqçi: Röya Səfərov);
2. Əli Məmmədzadə (məşqçi: Azər Aslan);
3. Elvin Həşimli (məşqçi: Elşən Xamoyev);
4. Ömər Bəkir (məşqçi: Elşən Xamoyev);
5. Viktoriya Qrizmin (məşqçi: Elmin İsayev);
6. Əlmədət Mikayılov (məşqçi: Qadir Hüseynov).

İdman.biz

Избранный
9
4
idman.biz

5Источники