RU

Övladı məktəb və bağçaya gedən valideynlərə XÜSUSİ XƏBƏRDARLIQ Övladlarınızı...

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yeni tədris ilinin və payız mövsümünün başlanması ilə uşaqların qayğıları artır. Uşaqların məktəblərə və bağçalara getməsi valideynlərin də məsuliyyətini artırır.

Şagirdlərin elm və təhsil alması ilə yanaşı, onların sağlamlığı da vacib məqamlardan sayılır. Uşaqların sağlamlıqlarının qayğısına qalmaq isə valideynlərin birbaşa vəzifələrindəndir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d., dosent. Aynur Əli qızı Poluxova BAKU.WS-ə açıqlamasında bildirdi ki, uşaqların dərslərə hazırlığı elə yay aylarından başlanılmalıdır. Bu proses mütəmadi olaraq nəzarətdə saxlanılmalıdır.

"Vitaminləri yavaş-yavaş defisitləşir. Meyvə mövsümü bitir. Uşaqlar öyrəşib istirahətə, boşluğa. Diqqət toplama, yaddaşı işə salmaq üçün uşaqlara keçid dövrü lazımdır. Məktəbdə, bağçada olan yük uşaqlarda müəyyən gərginliklər yaradır. Yay mövsümündən sonra məktəbə, ağır rejimə öyrəşmək lazımdır. Bunun üçün profilaktik işlər aparmaq lazımdır. Müəyyən peyvəndlər etdirmək vacibdir. Unutmaq olmaz ki, payızda mövsümü xəstəliklər kantaktla artacaq. Kollektiv immunitetin formalaşmasının vaxtı başlayır.

Uşaq kollektivlərində infeksiyalar, viruslar daha tez yayılır. Əgər bir uşaq virusa yoluxursa, qısa zamanda digərləri də ona yoluxur", - deyə həkim bildirib.

Qeyd edək ki, deyilənləri nəzərə alaraq hansısa uşaqda xəstəlik, nasazlıq müşayət olunduqda, valideyn onu xəstə halda təhsil müəssisəsinə göndərməməlidir.

Aynur Poluxova deyir ki, əsas məsələlərdən biri də, uşaqların yuxarı tənəffüs yollarının, ağız boşluğunun təmizliyini yoxlamaqdır.

"Çürük dişlərin vaxtında müalicəsi aparılmalıdır. Əgər boğazda xroniki ocaq varsa, onun müalicəsi aparılmalıdır. Mədə-bağırsaq traktında, əsas uşaqların qidalanma prosesinə fikir vermək lazımdır. Çünki dərs zamanı uşaqlar müəyyən saatlar ac qalırlar. Ona görə də, valideynlər bu məsələyə yetərincə diqqət yetirməlidirlər".

Həkim onu da vurğulayıb ki, uşaqlarda vitamin D-nin səviyyəsi yoxlanılmalıdır: "Vitamin D-nin ümumi inkişaf kimi böyük rolu var".

Aynur Poluxova deyir ki, hazırda mövsümü xətəliklər yayılmayıb. Həkim sonda valideynlərə müraciət edib: "Respublikamızda və Bakı şəhərində istənilən poliklinikalarda uşaqları profilaktik müayinə etdirmək lazımdır".

Ziya SƏCCAD

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
baku.ws

2Источники