RU

Rusiyadan Ermənistana qazın verilişi dayandırılır

"Qazprom-Armeniya” QSC Rusiyadan Ermənistana qaz verilişinin müvəqqəti olaraq dayandırılacağını bəyan edib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, qazın verilişinin dayandırılması Rusiyanın Stavropol diyarının ərazisindən keçən qaz kəmarında planlı təmir işlərinin aparılması ilə əlaqədardır.

Belə ki, Stavropol diyarında "Şimali Qafqaz – Zaqafqaziya” (DU1400) magistral boru kəmərində təmir işləri sentyabrın 16-dan sentyabrın 26-a kimi davam edəcək.

"Göstərilən müddət ərzində respublikanın istehlakçılarının fasiləsiz və etibarlı qaz təchizatı daxili ehtiyatlar və İran İslam Respublikasından idxal olunan əlavə təbii qaz həcmləri hesabına heç bir məhdudiyyət olmadan təmin ediləcək”, - "Qazprom-Armenia”dan bildirilib.

 

Избранный
23
13
7news.az

10Источники