RU

Kadırovun oğlu yarım milyonluq saatı ilə

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam 496 min dollardan çox olan saat taxaraq ictimaiyyət qarşısına çıxıb

"Unikal" xəbər verir ki, Adəmin əlindəki bahalı aksesuarı onun bacısı Təbarik İnstaqram hesabında nümayiş etdirib. 

Yayımlanan fotoda Kadırovun oğlu Epic SF24 seriyasından Amerikanın "Jacob & Co" şirkətinin saatında poza verir. Onların 18 karatlıq ağ qızıldan hazırlandığı, korpusun 104 brilyantla bəzədildiyi, saat mexanizminin sapfir kristalla qorunduğu məlum olub. Epic SF24 seriyasından cəmi 18 nüsxə buraxılıb. Hazırda onların hamısı satılıb.

Bundan əvvəl Adam Kadırov məhdud seriyadan olan nadir "Mercedes"i idarə edərkən görüntülənib. Bu avtomobillərdən cəmi 460 ədədi üç rəngdə istehsal edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
2
unikal.az

10Источники