RU

Sürət qatarından istifadə edənlərə xoş xəbər

Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə Bakı və bölgələrə qatar biletlərinin qiymətlərinin artacağı ilə bağlı müxtəlif məlumatlar dolaşır. Bu şayiələr sərnişinlər arasında narahatlıq yaradıb.

Xüsusilə gündəlik olaraq iş və ya təhsil məqsədilə qatardan istifadə edənlər, eləcə də rayonlara səyahət edən sərnişinlər üçün qiymət dəyişikliyi məsələsi böyük maraq doğurur.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC Baku.vs-yə məlumatın yanlış olduğunu bildirib.

“Qiymətlərdə hər hansı dəyişiklik gözlənilmir”, - məlumatda qeyd olunub.

Избранный
23
4
axar.az

5Источники