RU

Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb - "təcavüzkar olanda daha çox itirirsiniz"


ABŞ Prezidenti Donald Tramp müharibə başlayandan bəri ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb. O, bununla da Moskvaya qarşı ilk dəfə daha sərt mövqe nümayiş etdirib.

“Qətlə son qoyulmalıdır. Bu həftə hər iki ölkədə 8000 hərbçi həlak oldu, Rusiyada bir az daha çox, təcavüzkar olanda daha çox itirirsiniz” – Tramp qeyd edib.

Qeyd edək ki, Tramp bundan əvvəl Ukraynaya təcavüzə görə, Rusiyanın hərəkətlərini pisləməkdən imtina edirdi və BMT-nin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Moskvanın addımlarını pisləyən qətnaməsini rədd edirdi. Bundan başqa, Vaşinqton Rusiyadan təcavüzkar olaraq bəhs edilən Böyük Yeddiliyin bəyanatına da etiraz edirdi.

Məlumat üçün bildirək ki, ABŞ Prezidentinin Moskvaya qarşı mövqeyi bir sıra təzyiq və cəhddən sonra belə Trampın Putini Zelenski ilə birbaşa danışıqlar aparmağa razı sala bilməməsindən sonra dəyişib.

TAHİR

Избранный
61
baki-xeber.com

1Источники