RU

Qocalmanı yavaşlatmaq üçün ən yaxşı pəhriz

Alimlər beynin qocalma prosesini yavaşlatmaq üçün ən yaxşı pəhriz olaraq “yaşıl Aralıq dənizi pəhrizi”ni tövsiyə ediblər.

Publika.az xəbər verir ki, bu nəticə Ben-Qurion, Harvard və Leypsiq universitetlərinin birgə həyata keçirdiyi 18 aylıq tədqiqatın nəticəsidir.

Araşdırma Clinical Nutrition jurnalında dərc olunub. Tədqiqatda təxminən 300 iştirakçı üç fərqli pəhriz rejimindən birini izləyib: standart sağlam pəhriz, klassik Aralıq dənizi pəhrizi və onun “yaşıl” versiyası. Yaşıl pəhrizə yaşıl çay və morinqa bitkisi əlavə edilib.

Qan analizləri göstərib ki, yaşıl pəhriz tətbiq edənlərdə beyin qocalması ilə əlaqəli zülalların səviyyəsi azalıb. Alimlər bunun yaşıl çay və morinqanın tərkibindəki iltihab əleyhinə birləşmələrlə əlaqəli olduğunu bildirir.

Избранный
23
4
publika.az

5Источники