RU

Naxçıvanda kənd yolları təmir olunur

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində Təfsilatlı Tədbirlər Planına uyğun olaraq bir neçə yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işləri aparılır.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, uzunluğu 8,5 kilometr olan Ordubad rayon Kələntərdizə-Qoşadizə, uzunluğu 6,8 kilometr olan Aza-Darkənd və uzunluğu 11,7 kilometr olan Anabad-Gənzə kənddaxili avtomobil yollarında əsaslı təmir zamanı torpaq işləri görülür.

Görülən işlər çərçivəsində həmçinin yol yatağı genişləndirilir, yol əsası yenidən tikilir, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına beton kanal çəkilir, su keçidləri inşa edilir və avtomobillərin rahat hərəkəti üçün asfalt örtüyü salınır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
azertag.az

1Источники