RU

Çempionlar Liqası: “Real Madrid”in zədəsini sağaldan futbolçusu “Marsel”lə oyunun iştirak ərizəsinə salınıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Cud Bellinqem zədəsini sağaldıb.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, iyul ayında çiynindən əməliyyat olunan yarımmüdafiəçinin adı “kral klubu”nun UEFA Çempionlar Liqasının əsas mərhələsində Fransa “Marsel”inə qarşı keçirəcəyi ilk tur oyunu üçün siafriş ərizəsinə salınıb.

Sentybarın 16-da keçiriləcək “Real Madrid” – “Marsel” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
azertag.az

2Источники