RU

Rusiyanın xarici ticarətində bartera dönüş SWIFT sanksiyalarından çıxış yolu axtarılır

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

1990-cı illərdən sonra ilk dəfə olaraq Rusiyanın xarici ticarətində barter (əmtəə mübadiləsi) geniş yayılmağa başlayıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb və tendensiyanı mənbələrə və analitik rəylərə istinadən təsdiqləyib.

Məlumata görə, ABŞ, Avropa İttifaqı və onların müttəfiqləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən 25 mindən çox sanksiya, o cümlədən bir sıra bankların SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, Moskvanın xarici tərəfdaşları üçün ciddi çətinliklər yaradıb.

"Çin bankları sanksiyalar siyahısına düşməkdən ehtiyat etdikləri üçün Rusiyadan ödəniş qəbul etmir", – deyə "Reuters"ə danışan, adının açıqlanmasını istəməyən mənbə bildirib.

Agentliyin araşdırması nəticəsində ən azı səkkiz barter müqaviləsi müəyyən edilib. Bu razılaşmalara əsasən, Çin avtomobilləri Rusiyaya buğda əvəzində göndərilib, məişət texnikası və tikinti materialları isə kətan toxumu ilə dəyişdirilib. Bəzi hallarda isə xammal müqabilində Çin şirkətləri xidmətlər təqdim edib. Barter sazişlərindən biri Pakistanla bağlanıb.

2024-cü ildə Rusiya İqtisadi İnkişaf Nazirliyi "Xarici ticarət barter sazişləri üzrə naviqator" hazırlayıb və bu məqsədlə ixtisaslaşmış birjanın yaradılmasını təklif edib. Halbuki bu vaxta qədər barter əməliyyatları çox nadir hallarda istifadə olunurdu.

Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının fikrincə, barteri təşviq edən əsas səbəblər dedollarlaşma, sanksiya təzyiqi və tərəfdaş ölkələrdə likvidlik çatışmazlığıdır.

“Barterin artması bu üç faktorun nəticəsidir,” – deyə qurumun nümayəndəsi bildirib.

Rusiya Federal Gömrük Xidməti də təsdiqləyib ki, müxtəlif ölkələrlə geniş çeşiddə mallar üzrə barter əməliyyatları həyata keçirilir. Lakin qeyd olunur ki, onların ümumi xarici ticarətdəki payı hələ ki, əhəmiyyətli deyil.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
azpolitika.info

1Источники