RU

Gürcüstanda Azərbaycan dilinə sayğısızlıq

Azərbaycanlı şagirdlərə paylanan erməni üzlü dəftərlər dərhal dəyişdirilməlidir
 

Gürcüstanda 7-ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilində çap olunub. 

Sherg.az  xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru, “Maarif” təşkilatının direktoru Aygül İsayeva sosial şəbəkə hesabında məlumat paylaşıb.

 O qeyd edib ki, sözügedən dəftər Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblər üçündür və Gürcüstanda nəşr edilib:

 "Gürcüstanın Təhsil Nazirliyi yeni dərs ilinin başlanması münasibətilə müəllimləri və şagirdləri belə sevindirir. 7-ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilindədir. Görəsən, bu qədər kitabı kütləvi tirajla buraxmazdan öncə, siqnal varianta gözucu da olsa baxmaq kiminsə, nə vaxtsa ağlına gələcəkmi?", - deyə o qeyd edib.

A.İsayeva əlav edib ki, dəftərin bəzi iç səhifələrində də erməni dilində yazılar var. 

A.İsayeva Gürcüstan təhsil naziri ilə görüşü zamanı bir neçə kitablardakı səhvləri göstərib yeni kitabların nəşrində ən son variantın, çapa hazırlanan variantın  yoxlanışına Azərbaycandan mütəxəssislərin cəlbini təklif etdiyini deyib. Hesab edilir ki, Azərbaycan dilli məktəblər bu nəşri qəbul etməməmlidirlər. Azərbaycan dilində olan məktəb üçün erməni dilində yazmaq, sırf təsadüf ola bilməz, burada qərəz də görünür. Və bu dəftərlər yenidən nəşr edilməlidir.
Əslən Borçalıdan olan həkim-pediatr Vaqif Qarayev isə hesab edir ki, bu, böyük ehtimalla texniki xətadır. Belə bir həssas məsələ mütləq həll edilməlidir. Əks halda bu, dilimizə və mədəniyyətimizə qarşı hörmətsizlik olacaq. 

Избранный
26
1
sherg.az

2Источники