Rusiya Federasiyasının Stavropol diyarında planlaşdırılan təmir işləri ilə əlaqədar Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq.
Operativ Media xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
"Sentyabrın 16-sı saat 09:00-dan sentyabrın 26-sı saat 09:00-dək Stavropol diyarında “Şimali Qafqaz–Zaqafqaziya” (DN 1400) qaz kəmərində planlı təmir işləri aparılacaq. Bununla bağlı həmin kəmərlə Ermənistana təbii qazın verilişi müvəqqəti olaraq dayandırılacaq", - məlumatda qeyd olunub.